Mette Frederiksen: Ukrayna F-16 qırıcılarının ilk qrupunu Yeni ilə qədər qəbul edəcək

A- A A+

Ukrayna F-16 qırıcılarının ilk qrupunu Yeni ildən əvvəl qəbul edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Ümid edirəm ki, Yeni ilə yaxın təyyarələrin ilk qrupu Ukraynaya göndəriləcək. Onların sayı 6 olacaq”, - deyə Frederikson əlavə edib. Baş nazirin sözlərinə görə, gələn il Danimarkadan Ukraynaya daha 8, bir ildən sonra isə daha 5 təyyarə uçacaq.

Qeyd edək ki, V.Zelenski avqustun 20-də Danimarkaya səfər edib. Səfərdə əsas müzakirə mövzusu F-16 qırıcı təyyarələrin Ukraynaya verilməsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: