Rumıniya qırıcıları Baltik dənizi üzərində uçuşlar həyata keçirib

A- A A+

Rumıniya Müdafiə Nazirliyinə məxsus F-16 qırıcı təyyarələri Baltik dənizi üzərində uçuşlar həyata keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə NATO Hava Komandanlığının “X” səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, qırıcılar Alyansın Baltik regionu üzərində hava polisi missiyası çərçivəsində səmanı qoruyur.

“Hava polisi missiyasının məqsədi kollektiv müdafiəni gücləndirmək və NATO-nun ərazisini müdafiə etmək üçün hazırlıqla bağlı güclü mesaj verməkdir”, - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: