Türkiyə ordusu sərhədi pozan ümumilikdə 12 nəfəri saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə ordusu Yunanıstan və Suriya sərhədini qanunsuz keçmək istəyən 12 nəfəri, o cümlədən 9 terrorçunu saxlayıb.
Saxlanılanlardan 7-nin PKK/KCK, 2-nin isə FETÖ terror təşkilatının üzvü olduğu müəyyənləşib.