Moldovanın “Air Moldova” aviaşirkəti uçuşlara tətbiq edilən fasiləni sentyabrın 14-dək uzadıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Air Moldova" bildirir ki, 14 sentyabr 2023-cü il daxil olmaqla bütün uçuşları dayandırır. Uçuşları ləğv edilən sərnişinlərə ödənişlərin geri qaytarılması və rezervasiya variantları ilə bağlı e-poçt vasitəsilə məlumat veriləcək", - şirkətin saytında qeyd edilib.
Xatırladaq ki, şirkətin fəaliyyəti üçün lazımi maliyyə qaynaqlarının olmaması səbəbindən uçuşlar dayandırılıb.