KİV: Əlcəzair Fransa hərbi təyyarələrinin ərazisindən Nigerə uçmasına icazə verməyib

A- A A+

Əlcəzair Fransa hərbi təyyarələrinin onun ərazisindən Nigerə uçmasına icazə verməyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əlcəzairin “El Habr” qəzeti öz mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Fransa hakimiyyəti Əlcəzairdən prezident Məhəmməd Bazumun devrildiyi Nigerə mümkün müdaxilə halında hərbi təyyarələrin havaya qalxmasına icazə verməsini istəyib. “El Habr”ın mənbələrinin məlumatına görə, imtinadan sonra Fransa Mərakeşə də oxşar tələblə müraciət edib və icazə alıb.

Qeyd edək ki, Əlcəzairin Fransa hərbi təyyarələrinə hava məkanı verilməsinə qadağa 2021-ci ildə tətbiq edilib. Bu, Fransa prezidenti Emmanuel Makronun Əlcəzair hakimiyyətinə münasibətdə söylədiyi sözlərdən sonra baş verib. Bu sözlər “Fransaya nifrətin” əsasını qoyub.

Xatırladaq ki, avqustun 20-də Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) liderləri prezident qvardiyasının hərbçiləri ilə uğursuz danışıqlardan sonra Nigeri tərk ediblər.

ECOWAS hərbi aerodromlarda Nigerə mümkün müdaxiləyə hazırlaşır. Birlik hərbi müdaxiləni vəziyyəti həll etmək üçün ekstremal variant adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: