Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.
O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək.
Hücum helikopterlərinin gələn il ölkəyə gətirilməsi nəzərdə tutulur.