Çanaqqalada şiddətli meşə yanğını davam edir: 83 nəfər zərər çəkib

A- A A+

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada baş verən meşə yanğınında ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.

NUHÇIXAN  xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator xəstəxanalara yerləşdirilib. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: