Türkiyə xüsusi xidmət orqanlarına sui-qəsd hazırlayan terrorçu zərərsizləşdirilib

A- A A+

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın "nüfuzlu" şəxslərindən sayılan Bəkir Kınanı İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.

NUHÇIXAN “Star” qəzetinə istinadən xəbər verir ki, bu şəxs Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd etmək üçün təlim keçib. Kod adı "Bawer Botan" olan bu şəxs 2019-cu ildə İraqa gedərək PKK-ya qoşulub. İndiyədək İran və İraqda terror fəaliyyətlərində iştirak edib.

Təlim keçdikdən sonra terrorçunun qanunsuz yollarla Türkiyəyə göndəriləcəyi xəbəri təsdiq olunub. Bu səbəbdən də hərəkətə keçən MİT terrorçunu sui-qəsdlə bağlı təlim aldığı ərazidə əməliyyat keçirərək zərərsiz hala gətirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: