Hindistanda körpünün uçması nəticəsində ən azı 17 nəfər ölüb

A- A A+

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

“İndiyədək 17 nəfərin meyiti tapılıb, bir çoxu itkin düşüb”, - polis əməkdaşı bildirib.

İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.

Hazırda xilasetmə işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: