KİV: Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub

A- A A+

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Bu barədə NUHÇIXAN “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalına istinadən xəbər verir.

“Mash” teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.

"Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü partlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub” - məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: