Bu gün həqiqətən Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin bütün komandirləri ilə Afrikadan Rusiyaya uçub.
Bu barədə NUHÇIXAN “BBC News”un rusiyalı xüsusi müxbiri Andrey Zaxarova istinadən xəbər verir.
Jurnalist bildirib ki, Priqojin bu gün Afrikadan Rusiyaya uçub, onunla birlikdə “Vaqner”in bütün komanda heyəti də olub:
“O, başqa təyyarədə olsa, möcüzə olar”.
Qeyd edək ki, bu gün Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkində olub.