Rəsmi İrəvan Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının teleqram kanalında məlumat yayılıb.
O, avqustun 24-də səhər saatlarında “Aeroflot”a məxsus təyyarə ilə Moskvadan İrəvana uçub. Lakin “Zvartnots” hava limanında V.Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.
Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müşaviri olub.