Türkiyə KİV: “Taxıl dəhlizi ilə bağlı ümid yeri yenə də İstanbuldur, dördtərəfli görüş keçirilə bilər"

A- A A+

“Taxıl dəhlizi ilə bağlı ümid yeri yenə də İstanbuldur”.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Milliyət” yazıb.

Bildirilib ki, “Taxıl sazişi”nin bərpası üçün səylər davam edir: “Xarici işlər naziri Hakan Fidan sabah Ukraynaya, sentyabrda isə Rusiyaya gedəcək. Ehtimal edilən ssenarilərdən biri Rusiyanın tələblərinin yerinə yetirilməsi üçün İstanbulda danışıqların olmasıdır”.

Qeyd olunub ki, İstanbulda Rusiya və BMT-nin iştirakı ilə yenidən müzakirələr keçirilə bilər: “Rusiya, Türkiyə və BMT-nin iştirakı ilə keçirilən üçtərəfli görüşdə nəticə əldə olunarsa, Ukraynanın da iştirakı ilə dördtərəfli müzakirələr baş tuta bilər. Mövcud problemlərin aradan qalxması üçün Rusiya və BMT arasında fikri mübadiləsi aparıla bilər”.

Məqalədə vurğulanıb ki, ABŞ da Türkiyənin səylərini dəstəkləyir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Türkiyə və Rusiya liderlərinin ehtimal edilən görüşündə liderlərin bu məsələni müzakirə edəcəkləri gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: