Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) təmizlənmiş suyun okeana axıdılmasına başlanılıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi suyun boşaldılmasına dair ötən ay yekun icazə verərək, Yaponiyanın bu planının beynəlxalq standartlara uyğun olmasını bəyan etdikdən sonra bu mübahisəli qərar qəbul edilib.
2024-cü il martın 31-dək AES-dən təxminən 31,2 min ton suyun boşaldılacağı və bu prosesin bir neçə onillik çəkəcəyi gözlənilir.
Atom elektrik stansiyasının sökülməsinin isə 2050-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
2011-ci ilin martında baş verən dağıdıcı zəlzələ və sunami nəticəsində “Fukusima-1”də zədələnmiş reaktorların soyudulması üçün AES-in ərazisindəki istifadə olunan çənlərdə 1,25 milyon tondan çox su yığılıb. Yaponiya hökuməti iddia edir ki, su ümumiyyətlə radioaktiv maddələrdən azaddır və tərkibində yalnız hidrogen izotopu (tritium) var. 2021-ci ilin aprelində Tokio bu suyun əhəmiyyətli bir hissəsini okeana axıtmaq qərarına gəlib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən suyun boşaldılmasının MAQATE-nin nəzarəti altında 30 il ərzində xüsusi tikilmiş tunel vasitəsilə həyata keçirilməsi təklif edilib.