"Baykar" şirkəti Müstəqillik Günündə Ukraynaya PUA hədiyyə edib

A- A A+

Ukraynanın Müstəqillik Günü münasibətilə Türkiyənin "Baykar Makina" hərbi şirkəti Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə Bayraktar TV2 hücum dronu (PUA) hədiyyə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Baykar Makina" Ukraynanı Müstəqillik Günü münasibətilə qeyri-adi şəkildə təbrik etdi. Avqustun 24-də Ukrayna Müdafiə Kəşfiyyatı məşhur pilotsuz təyyarələrin istehsalçısından "Bayraktar TB2" zərbə PUA-nı hədiyyə aldı.

Biz bu çətin anlarda Ukraynaya kömək etməyə davam edən dostlarımıza və tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk.

Bayrama ən gözəl hədiyyə düşməni məhv etməyə, azadlığımızı və müstəqilliyimizi qorumağa kömək edəcək yeni silahdır", - məlumatda qeyd olunub.

Xatırladılıb ki, Ukrayna oxşar hədiyyəni yanvarın 25-də də alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: