Zelenski Krımdakı əməliyyat barədə: "Yarımadanın azad olunması barədə danışmaq hələ tezdir"

A- A A+

“Krımın azad olunması barədə danışmaq hələ tezdir”.

NUHÇIXAN UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yarımadada keçirdiyi əməliyyatdan xəbəri var: “Biz tərəfdən hansısa itki yoxdur. Mən kəşfiyyat idarəsinin rəisi Kirill Budanovla telefon vasitəsilə durumu müzakirə edə bildim. İndi isə ətraflı hesabat gözləyirəm”.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb. Krımda Ukrayna bayrağı asılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: