ABŞ və Ukrayna arasında davam edən əks-hücumlarla bağlı fikir ayrılığı əmələ gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, tərəflər ləng davam edən əks-hücumu canlandırmaqla bağlı pərdəarxasında mübahisə edirlər.
Vurğulanıb ki, Ukrayna qoşunlarının baş komandanı, general Valeri Zalujnı Qərbin bu münaqişənin mahiyyətini anlamadığını bildirib.
Qeyd edək ki, Ukrayna əks-hücum əməliyyatına bu ilin iyununda başlayıb. Qərb rəsmiləri əks-hücumların ləng getdiyini bir neçə dəfə ifadə ediblər.