Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda keçirilən narkotik əməliyyatında şübhəlilərin atəş açması nəticəsində 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yaranan qarşıdurmada biri ölü, ikisi yaralı olmaqla 3 şübhəli ələ keçirilib.
Əraziyə cəlb edilən özəl hərəkat polisi əməliyyatlarını davam etdirir.