İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb

A- A A+

İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub, 3 nəfər ölüb.

NUHÇIXAN İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib.

O bildirib ki, ölkədə 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub, bu xəstəlikdən 3 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Krım-Konqo xəstəliyi İranda daha geniş yayılıb. Bu xəstəlik gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: