Ukraynaya dəymiş ziyan ödənilənədək Rusiyanın aktivləri dondurulmuş halda saxlanılacaq

A- A A+

Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər bu ölkənin aktivləri dondurulmuş halda saxlanılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın milli təhlükəsizlik üzrə səlahiyyətliləri cümə axşamı Vaşinqtonda keçirilən görüşdə bildiriblər.

Beş ölkə hökumətinin sözügedən səlahiyyətliləri Ağ Evdə bir araya gəliblər. Onlar qeyd ediblər ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər öz ölkələrinin yurisdiksiyalarında yerləşən Rusiyanın suveren aktivləri dondurulmuş halda qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: