Almaniya Ukraynaya “Patriot”lar üçün raket və dron aşkarlama sistemləri göndərib

A- A A+

Almaniya Ukraynaya “Patriot” zenit-raket kompleksləri (SAM) üçün raketlər göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə cümə axşamı Almaniya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Məlumata görə, həmçinin Almaniya Ukraynaya 10 pilotsuz təyyarə aşkarlama sistemi, 40 RQ-35 Heidrun kəşfiyyat pilotsuz təyyarəsi, 16 “Zetros” yük maşını və odlu silahlar üçün 510 min patron göndərib.

Nazirlik əlavə edib ki, Ukraynaya gələcək hərbi tədarük planlarına PUA-ları aşkar etmək üçün daha 90 sistem, 42 “Zetros” yük maşını və odlu silahlar üçün 31 milyon patron göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: