Amerikalı dəniz piyadaları daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 23 nəfər yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Yaralananlar ABŞ-nin 23 dəniz piyadasıdır və biz onları normal qaydada müalicə üçün Darvinə qaytarmaq üçün əlimizdən gələni edirik”, - Avstraliyanın Şimali Karolina ştatının polisinin komissarı Maykl Mörfi bildirib.