Rumıniyada partlayışlar nəticəsində yaralananların sayı 58-ə çatıb

A- A A+

Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində yaralananların sayı 58-ə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi feysbukda açıqlama yayıb.

“Dımbovitsa judetsinin (Rumıniyada birinci dərəcəli inzibati ərazi vahidi – red.) Krevediya şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib, nəticədə 58 nəfər xəsarət alıb, onlardan biri (infarktdan, yanıqsız olub) ölüb”, - müfəttişlik diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin 43 əməkdaşı xəsarət alıb, onlardan 39-u yanğınsöndürən, ikisi polis, daha ikisi isə jandarm əməkdaşıdır.

54 nəfər tibb müəssisələrinin müxtəlif şöbələrinə yerləşdirilib, onlardan 10-u intubasiya olunub.

Xatırladaq ki, daha öncə Rumıniya Səhiyyə Nazirliyi olayda bir nəfərin öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: