Türkiyə ordusu İraqın şimalında şəhid verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçu Bünyamin Barlık “Pəncə-Kilid” əməliyyatı çərçivəsində şəhid olub.
Qeyd edək ki, Türkiyə sözügedən ərazidə “Pəncə-Kilid” əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir.