Rusiya FTX ABŞ agentini saxladığını açıqlayıb

A- A A+

ABŞ-nin Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Robert Şonov bu ölkənin RF-dəki səfirliyinin siyasi şöbəsinin göstərişi ilə səfərbərlik, xüsusi hərbi əməliyyatın gedişi və rusiyalıların etiraz fəaliyyəti ilə bağlı məlumatların toplanması ilə əlaqədar saxlanılıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ABŞ-nin Moskvadakı səfirliyinin informatoru, ABŞ-nin Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı, Rusiya vətəndaşı Şonov Robert Robertoviçin qanunsuz fəaliyyətinin qarşısını alıb. Ona qarşı Cinayət Məcəlləsinin 275.1-ci “Xarici dövlətlə konfidensial əməkdaşlıq” maddəsi ilə ittiham irəli sürülüb", - deyə məlumatda bildirilib.

FTX-nin məlumatında Şonovun 2022-ci ilin sentyabrından saxlanıldığı vaxta qədər ödəniş müqabilində “ABŞ-nin Moskvadakı səfirliyinin siyasi şöbəsinin əməkdaşları Silin Cefri və Bernşteyn Devidin tapşırığını yerinə yetirdiyi, xüsusi hərbi əməliyyatın gedişi, Rusiyanın regionlarında səfərbərlik prosesləri, problemli məqamlar və 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ərəfəsində əhalinin etiraz fəallığına təsirinin qiymətləndirilməsi ilə məlumatlar topladığı qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: