Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel təşkilatın 2030-cu ilə qədər sıralarını genişləndirməyə hazırlaşmalı olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışı zamanı danışıb.
Ş. Mişel Qərbi Balkan ölkələri, Ukrayna və Moldovaya toxunan Ş.Mişel Aİ-nin genişlənmə vaxtının gəldiyini bildirsə də, hazırda uzun müddətdir namizəd ölkə olan Türkiyəni qeyd etməyib.
“Qeyri-müəyyənlikdən qurtulmağın və problemlərlə vicdanlı və açıq şəkildə mübarizə aparmağın vaxtı çatıb”, - deyə o söyləyib.
Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna barədə danışan Ş.Mişel Moldova və Ukraynaya 2022-ci ilin iyununda Aİ-yə üzv olmaq üçün namizədlik statusu verildiyini xatırladıb və deyib: “Genişləndirmə artıq xəyal deyil. İndi irəli getmək vaxtıdır. Hələ görüləcək çox iş var. Genişlənmə gələcək üzvlər və mövcud üzvlər üçün çətin, mürəkkəb və ağrılı olacaq. Əgər biz inandırıcı olmaq istəyiriksə, vaxt və öz ev tapşırığımız haqqında danışmalıyıq. Mən bunu istəyirəm. Aİ-nin strateji gündəliyinə hazırlaşarkən özümüzə dəqiq bir hədəf qoymalıyıq. Biz hər iki tərəfdən özümüzü 2030-cu ilə qədər genişlənməyə hazırlamalıyıq”.