“Qərb qətiyyətini göstərmək üçün Ukraynaya uzunmüddətli yardım planlaşdırır. Lakin silah çatışmazlığı və daxili siyasi təzyiqlər bu cür səylərə mane olur”.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri yazıb.
Bildirilib ki, ABŞ Prezident administrasiyası və onun Avropadakı müttəfiqləri Ukraynaya uzunmüddətli hərbi yardım planları hazırlayır:
“Bu, Rusiyanın qələbəsinin qarşısını almaq üçündür. Eyni zamanda Qərb Kremli əmin etmək istəyir ki, onun Ukraynaya dəstəyi sarsılmazdır”.