Kiyev Qərbi Rusiya ilə birbaşa münaqişəyə çəkmək istəyir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukrayna bunun üçün mümkün olan və olmayan hər şeyi edir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.