Qara dəniz üzərində Ukraynaya məxsus PUA vurulub

A- A A+

Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, Kiyev Rusiyaya məxsus obyektlərə PUA ilə hücuma cəhd edib və hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Qara dəniz üzərində məhv edilib.

Xatırladaq ki, dünən Rusiya MN Kiyev tərəfindən Rusiyaya məxsus obyektlərə zərbə endirmək cəhdi barədə xəbərdarlıq edib və HHM qüvvələri Krım sahillərində Ukraynaya məxsus qanadlı raketi zərərsizləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: