Ermənistanın sabiq müdafiə naziri həbsdə saxlanılacaq

A- A A+

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə saxlanılacaq.

NUHÇIXAN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan məlumat verib.

Şaboyanın sözlərinə görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Tonoyanın vəkilinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketləri almaqda və silah almağa ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur.

Sabiq müdafiə naziri 2021-ci ilin sentyabrından həbsdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: