Türkiyə XİN: "Hakan Fidanın Rusiyaya səfəri iki gün davam edəcək"

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri iki gün davam edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, H.Fidan sabah, avqustun 31-də Rusiyaya gedəcək. Səfər sentyabrın 1-dək davam edəcək.

Türkiyə XİN başçısı səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: