Tacikistanda leysan yağışları nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb

A- A A+

Tacikistanda leysan yağışları və onların səbəb olduğu sellərin fəsadlarından ölənlərin sayı 21 nəfərə çatıb.

NUHÇIXAN “Asia-Plus”a istinadən xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar Komitəsinin (FHK) mətbuat mərkəzi məlumat yayıb.

Son sutka ərzində Vəhdət şəhərində 2, Varzob rayonunda isə daha 2 nəfərin meyiti tapılıb, onların arasında 40 günlük uşaq da var.

Bu günə olan məlumata görə, təbii fəlakət nəticəsində Vəhdət şəhərində ümumilikdə 17 nəfər, Rudaki və Varzob rayonlarının hər birində isə 2 nəfər ölüb.

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bazar günü Tacikistanda güclü leysan yağışları selə, subasmaya və qayaların uçmasına səbəb olub. FHK-dan verilən məlumata görə, ölkənin bir sıra rayonlarında yollar bağlanıb, evlər və tikililər su altında qalıb, çirkli sular onlarla avtomobilə ziyan vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: