Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə ərazisində yeni əməliyyat keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatının “rəhbər şəxsi” Rezan Güngen zərərsizləşdirilib.
Onun hücum və təbliğat işləri ilə bağlı “məsul şəxs” olduğu bildirilib.