Ukrayna Silahlı Qüvvələri ABŞ istehsalı olan “M1 Abrams” tankından ilk 10 ədədini sentyabrın ortalarında ala bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Politico" qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, tanklar Almaniyadadır, təmirdən sonra Ukraynaya göndəriləcək. “ABŞ payızda Ukraynaya ümumilikdə 31 tankın çatdırılmasını sürətləndirmək niyyətindədir”, - ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının sözçüsü Martin O'Donnell nəşrə bildirib.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 200 əsgəri Almaniyadakı Amerika təlim bazalarında “M1 Abrams”ları idarə etmək üçün təlim keçib.