Özbəkistan MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasına (MDB PA) üzv olub.
NUHÇIXAN Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən MDB PA Şurasının iclasında Özbəkistanın Assambleyaya qəbul edilməsi ilə bağlı müvafiq sənədi bu ölkə Senatının sədri Niqmatilla Yuldaşev imzalayıb.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: “Özbəkistanın bizim ümumi parlament ailəsinə - Assambleyaya daxil olmasını sevinclə qarşıladım”.
Sənədi imzalayan N.Yuldaşev isə bildirib ki, MDB PA-ya qoşulmaq bizə Assambleyanın üzvü olan dövlətlərlə yeni münasibətlər yaratmağa, beynəlxalq aləmdə nüfuzumuzu yüksəltməyə imkan verəcək.