Çinin Dövət Şurasının Baş naziri Li Cyan Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, G20-nin növbəti sammiti sentyabrın 9-dan 11-dək Hindistanın paytaxtı Nyu Dehlidə əyani formatda keçiriləcək. Daha əvvəl Qərb mediası Çin lideri Si Cinpinin sammitdə iştirak etməyəcəyi ilə bağlı məlumat yaymışdı. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.