Kreml: Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib

A- A A+

Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib.

NUHÇIXAN xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Soçidə baş tutan Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan arasında geniştərkibli görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, nazirlərin məruzələri istiqamətində danışıqlar çox konstruktiv keçib, məlumatların tam mübadiləsi və "saatların sinxronizasiyası" olub:

"Əməkdaşlığın bütün istiqamətləri üzrə ətrafı təhlil aparılıb. Hazırda görüş təkbətək formatda davam edir".

Peskov Putin və Ərdoğan danışıqlarının yekunları ilə bağlı hər hansı sənədin imzalanmasının planlaşdırılmadığını da söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: