Şoyqu Ukraynanın əks-hücum əməliyyatında verdiyi itkiləri açıqlayıb

A- A A+

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı başlayandan 66 mindən çox insan və 7,6 min silah-sursat itirib.

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Kiyevi mülki hədəflərə hücum etməklə əks-hücumunun uğursuzluğunu gizlətməyə çalışmaqda da ittiham edib.

“Əks-hücum adlandırılan əməliyyatın əvvəlindən düşmən itkiləri 66 min nəfəri və 7,6 min silah-sursatı ötüb”, - deyə Şoyqu vurğulayıb.

O, bu müddət ərzində Rusiya qoşunlarının Ukrayna tərəfinin 159 HIMARS raketini, mindən çox pilotsuz uçuş aparatını, 13 qanadlı raketi vurduğunu da söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: