Türkiyənin Kosovoya göndərdiyi ehtiyat batalyonu missiyasını başa çatdırıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, batalyonun Türkiyəyə qayıdışı sentyabrın 6-sı tamamlanacaq. Bundan əlavə Kosovo Qüvvələrində (KFOR) Komandanlıq sentyabrın 10-dan etibarən bir il müddətinə Türkiyəyə keçəcək.
Xatırladaq ki, Türkiyə Kosovoda yaranan gərginliklə bağlı 10 iyun - 31 avqust tarixlərində əlavə qüvvə göndərib.