Fransa hakimiyyəti Nigerdəki üsyançılarla qoşunlarının ölkədən çıxarılması ilə bağlı danışıqlar aparır.
Bu barədə NUHÇIXAN “Le Monde” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, indi Nigerdə təxminən 1500 fransız əsgəri var və onlar Sahel bölgəsində cihadçılara qarşı döyüşmək üçün oraya göndəriliblər.
Nəşrin anonim mənbəsinin bildirdiyinə görə, üsyançılar Fransa və Niger arasında hərbi əməkdaşlığa dair uzunmüddətli sazişləri pislədikdən bir ay sonra müəyyən hərbi qrupların çıxarılması ilə bağlı müzakirələr başlayıb.