Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub

A- A A+

Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.

NUHÇIXAN-ın məlumatına görə məlum olub ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evləri tamamilə dağılıb və yaxud ciddi zərər görüb.

Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən daha təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.

Qeyd edək ki, bu, rəsmi statistika deyil,  araşdırma nəticəsində məlum olan mümkün rəqəmlərdir. Bu səbəbdən say daha artıq da ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: