ABŞ Rusiyaya silah tədarük etdiyi üçün Şimali Koreyaya qarşı tədbir görməyə hazırdır

A- A A+

ABŞ administrasiyası Şimali Koreya hakimiyyətinə qarşı Ukraynada hərbi əməliyyat keçirən Rusiyaya silah göndərdiyinə görə yeni sanksiyalar tətbiq etməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

O, növbəti dəfə rəsmi Pxenyanı Ukraynanın iri şəhərlərində taxıl saxlama və istilik infrastrukturuna hücum etmək üçün Moskvaya silah verməkdə ittiham edib.

Onun sözlərinə görə, Şimali Koreya bu addımlarına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: