Kreml: “Ermənistan və ABŞ-nin hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir”
“Ermənistan və ABŞ-nin birgə hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin qeyd edib ki, Moskva Bakı və İrəvanla konstruktiv fəaliyyəti davam etdirir.