Şarl Mişel daşqınların baş verdiyi Türkiyəyə yardıma hazır olduğunu bildirib

A- A A+

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel daşqınların zərər vurduğu Yunanıstan, Bolqarıstan və Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.

Bu barədə NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir.

Avropa İttifaqı Şurasının sədri qeyd edib ki, daşqınların baş verdiyi ölkələrə yardıma hazırdır:

“Sel zamanı həyatını itirənlərin ailələri və hər şeyini itirən insanlar üçün kədərliyik. Əgər ehtiyacınız varsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - Şarl Mişel sosial şəbəkədəki paylaşımında qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: