Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq edəcək

A- A A+

Avropa İttifaqı Rusiyanın almaz sənayesinə sanksiya tətbiq etmək məsələsi üzərində intensiv işləyir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Hindistanın paytaxtı Yeni Dehlidə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ittifaqa üzv olan bəzi ölkələr tətbiq edilən anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 9-da Yeni Dehlidə “G20”liyin zirvə toplantısı keçiriləcək. Ş.Mişel toplantıda iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: