Mariya Zaxarova erməni xalqının bütün bəlalarında Rusiyanın təqsirləndirilməsini yolverilməz hesab edir
Ermənistanda Rusiyaya qarşı təxribat xarakterli materiallar yayan media strukturlarının sayı artır.
NUHÇIXAN xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumunun iştirakçılarına ünvanladığı videomüraciətdə söyləyib.
Onun sözlərinə görə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına qarayaxma halları da artıb. M.Zaxarova Ermənistan mətbuatında Rusiya və bütövlükdə ikitərəfli münasibətlərə dair qərəzli informasiyaların sayının artdığını da vurğulayıb.
Diplomat deyib: “Rusiyanı erməni xalqının bütün bəlalarında təqsirləndirməklə insanlarımız arasında düşmənçilik və nifrət yaratmaq cəhdlərini yolverilməz hesab edirik”.