Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisiyə zəng vurub.
NUHÇIXAN Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan və Rəisi Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Paşinyan və Blinken telefon danışığında Qarabağda və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.