“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri nüvə silahından istifadəyə və ya onunla əlaqədar müvafiq təhdidlərə qarşıdırlar.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanda keçirilən görüşün yekun bəyannaməsində deyilir.
“BMT Nizamnaməsinə uyğun olaraq, bütün dövlətlər ərazi əldə etmək üçün güc tətbiqindən, nüvə silahından istifadə və ya onun istifadəsi ilə bağlı hədələrdən çəkinməlidirlər”, - sənəddə deyilir.