Kreml: “Prezident seçkisində heç kəs Putinlə rəqabət apara bilməyəcək”

A- A A+

"Rusiya Prezidenti Vladimir Putin hələ ki, qarşıdan gələn prezident seçkisi ilə bağlı namizədliyini irəli sürəcəyini açıqlamayıb, amma o, namizədliyini irəli sürərsə, heç kim onunla rəqabət apara bilməyəcək".

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, V.Putin əhalinin mütləq dəstəyini alır və uzun illərdir ki, imkanlarını reallaşdırmaq bacarığını nümayiş etdirir.

Xatırladaq ki, Rusiyanın mövcud seçki qanunvericiliyinə əsasən, bu ölkədə növbəti prezident seçkisi 2024-cü il martın 17-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: