ABŞ “Stinger”in modernləşdirilməsi üçün 730 milyon dollarlıq müqavilələr bağlayıb

A- A A+

Pentaqon ABŞ-nin hərbi-sənaye şirkətləri “Raytheon” və “Lockheed Martin” ilə “Stinger” hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi və dəyişdirilməsi üçün ümumi dəyəri 730 milyon dollardan çox olan iki müqavilə imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Pentaqonun hesabatında deyilir.

“Stinger” raketlərinin təkmilləşdirilməsi və dəyişdirilməsi üçün “Raytheon”la müqavilənin dəyəri 418,3 milyon dollar təşkil edib. İşlər Arizona ştatının Tucson şəhərində aparılacaq və 2028-ci il martın 12-də başa çatacaq.

“Lockheed Martin” ilə müqavilənin məbləği 311,9 milyon dollar olub. Bununla bağlı işlər 2028-ci ilin iyun ayına qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: